24 Oktyabr 2017, Çərşənbə axşamı - 04:30

Macarıstan-2017: Tras və statistika

Macarıstan-2017: Tras və statistika

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

10:11 - 27 İyul, 2017

Bu trasda 1986-cı ildə keçirilmiş ilk yarış o vaxt Sovetlər Birliyində də keçirilə bilərdi. Cənab Ekklstoun çempionatın mərhələlərindən birini “dəmir pərdələr” arxasında keçirmək fikrində idi, namizəd kimi Sovetlər İttifaqı, Çin, Yuqoslaviya irəli sürülmüşdü, amma Berni son anda öz seçimini Macarıstanda saxladı.

Çempionatın rəhbəri Budapeştə baş çəkdi, razılıq verdi və rekord səkkiz ay müddətinə avtodrom tikildi. Qəzetlər yazırdı ki, Berni yerli məmurları məftun etdiyindən layihəyə “yaşıl işıq” verilmişdi.

Berni sonradan yarışın promouteri olan Tomaş Frankla dərhal dil tapdı: onlar uzun müddət dostluq etdilər – 2012-ci ilin yayında Tomaş dünyasını dəyişənə qədər. Təsəvvür edin ki, müqavilə 1985-ci ilin sentyabrın 10-da imzalanmış, tikinti işləri oktyabrın 1-də başlamış və artıq 1986-cı il martın 24-də avtodromda yoxlama yarışı keçirilmişdi. Həmin ilin avqustunda isə Hunqarorinqdə ilk Formula1 mərhələsi baş tutmuşdu.

2012-ci ilin payızında Ekksltoun Macarıstan Qran Prisi ilə müqaviləni 2021-ci ilə qədər uzatdı – yarışın təşkilatçıları yeni müqavilənin sonuna qədər avtodromda rekonstruksiya işləri görməklə yanaşı, həm də trasın konfiqurasiyasını da dəyişməyi nəzərdə tutublar.

FORMULA 1 PIRELLI MAGYAR NAGYDÍJ 2017
TarixTrasDövrənin uzunluğuDövrələrin sayıYarış məsafəsi
28-30 iyul 2017Hungaroring4381 m70306.630 km
Rəsmi sayt

 

TRASIN XARAKTERİSTİKASI

Dövrədə orta sürətə görə Hunqarorinq yalnız Monakonu qabaqlayır, bu çox yavaş trasdır və düzgün sazlanmaları tapmaq həmişə çətindir. Hunqarorinqdə ötmək asan deyil, hərçənd geniş təhlükəsizlik zonaları risk etməyə imkan verir, iki DRS zonası isə mövqe uğrunda mübarizəni qismən asanlaşdırır.

Adətən ilin bu vaxtında ölkədə isti və günəşli hava olur. Tras digər yarışlar üçün mütəmadi istifadə olunmadığı üçün cümə günü asfaltla ilişmə zəif olur, ona görə də təkərlərin yeyilməsini qiymətləndirmək və yarışa strategiya qurmaq üçün şənbə sərbəst yürüşləri böyük əhəmiyyət daşıyır. Xatırladaq ki, keçən il trasa yeni asfalt qatı döşənmişdi və asfaltla ilişmə çox yaxşılaşmışdı.

Hunqarorinq yavaş və texniki trasdır, sürücülərin fiziki imkanlarına yüksək tələbkardır, çünki sürücülər daim əylənmə zonasında və döngələrdə olurlar, dincəlməyə macal tapmırlar, hətta start-finiş düzlüyü də çox uzun deyil. Əylənmələr sərt olmasalar da, əyləclərin yeyilmə səviyyəsi çox yüksəkdir, çünki soyumağa macal tapmırlar. Maşınlar maksimal asfaltayatma qüvvəsinə sazlanırlar, aerodinamik sazlanmalar isə Barselona və ya Monakonu xatırladır. Asılqan kifayət qədər yumşaq olmalıdır ki, asfaltla stabil ilişməyə imkan versin.

Trasın 14 döngəsindən 12-də sürət 200 km/saat civarında olur, bu isə optimal aerodinamik balans, trasla yaxşı mexaniki ilişmə və effektiv sürətlənmə tələb edir. Hunqarorinqdə yaxşı start almaq çox vacibdir, çünki yavaş 2-ci və 3-cü döngələrdə peleton uzanır.

2016-cı ilin Macarıstan Qran Prisində sessiyalarda ən yaxşı nəticələr
SessiyaHavaSürücüKomandaZaman
1-ci sərbəst yürüşlərBuludlu. Qurumaqda olan trasLyuis HəmiltonMercedes AMG1:21.347
2-ci sərbəst yürüşlərBuludlu. QuruNiko RosberqMercedes AMG1:20.435
3-cü sərbəst yürüşlərBuludlu. QuruNiko RosberqMercedes AMG1:20.261
Sıralanma turuBuludlu. Yağış, qurumaqda olan trasNiko RosberqMercedes AMG1:19.965
Yarışda sürətli dövrəGünəşli. QuruKimi RəykkönenFerrari1:23.086

 

 

TELEYAYIM

F-1.az xatırladır ki, Azərbaycanda bütün çempionatın yayım hüquq İdman Azərbaycan kanalında olduğu üçün Macarıstan Qran Prisini İdman Azərbaycan və ya İdman Azərbaycan HD kanallarından izləyə bilərsiniz. Hər bir sessiyanın rəsmi protokolları isə saytımızda operativ yerləşdiriləcək…

Macarıstan Qran Prisinin sessiyaları, Bakı vaxtılə
TarixSessiyaZamanTV
28 iyul1-ci sərbəst yürüşlər12:00
28 iyul2-ci sərbəst yürüşlər16:00
29 iyul3-cü sərbəst yürüşlər13:00
29 iyulSıralanma turu16:0015:50
30 iyulYarış16:0015:30

 

 

HƏFTƏSONU ÜÇÜN SÜRÜCÜLƏRİN TƏKƏR SEÇİMİ

Pirelli trasa orta üçlüyü – SuperSoft, Soft və Medium tərkiblərini gətirəcək. Təkərlərin yüklənməsi ortadır, yan yüklənmələr isə tez-tez istiqamət dəyişmələri və yüksək asfaltayatma qüvvəsi üzündən yüksəkdir. Ən çox sol arxa təkər yüklənir.

SürücüKomandaMediumSoft SuperSoft
Lyuis HəmiltonMercedes AMG139
Valtteri BottasMercedes AMG139
Daniel RikkardoRed Bull139
Maks FerstappenRed Bull1210
Sebastyan FettelFerrari139
Kimi RəykkönenFerrari139
Serxio PeresForce İndia1210
Esteban OkonForce İndia1210
Felipe MassaWilliams1210
Ləns StrollWilliams1210
Fernando AlonsoMcLaren1210
Stoffel VandornMcLaren1210
Karlos SaynsToro Rosso139
Daniil KvyatToro Rosso139
Roman QrojanHaas148
Kevin MaqnussenHaas148
Niko HülkenberqRenault1210
Colion PalmerRenault1210
Markus ErikssonSauber139
Paskal VerlyaynSauber139

 

STATİSTİKA

Hazırkı pilotların Macarıstan Qran Prisində nəticələri
PilotQPXallarPoulPodiumQələbə
L.Həmilton10134565
F.Alonso15113251
S.Fettel10103241
K.Rəykkönen1495171
D.Rikkardo65531
F.Massa1438
R.Qrojan5291
M.Ferstappen222
D.Kvyat3181
N.Hülkenberq79
V.Bottas56
K.Sayns24
S.Peres62
M.Eriksson31
K.Maqnussen2
P.Verlyayn1
C.Palmer1
S,Vandorn
E.Okon
L.Stroll

 

Macarıstan Qran Prisinin qalibləri
TarixTrasPoulQələbə
24.07.2016HunqarorinqN.RosberqMercedes AMGL.HəmiltonMercedes AMG
26.07.2015HunqarorinqL.HəmiltonMercedes AMGS.FettelFerrari
27.07.2014HunqarorinqN.RosberqMercedes AMGD.RikkardoRed Bull
28.07.2013HunqarorinqL.HəmiltonMercedes AMGL.HəmiltonMercedes AMG
29.07.2012HunqarorinqL.HəmiltonMcLarenL.HəmiltonMcLaren
31.07.2011HunqarorinqS.FettelRed BullC.BattonMcLaren
01.08.2010HunqarorinqS.FettelRed BullM.UebberRed Bull
26.07.2009HunqarorinqF.AlonsoRenaultL.HəmiltonMcLaren
03.08.2008HunqarorinqL.HəmiltonMcLarenH.KovalaynenMcLaren
05.08.2007HunqarorinqL.HəmiltonMcLarenL.HəmiltonMcLaren
08.08.2006HunqarorinqK.RəykkönenMcLarenC.BattonHonda
31.07.2005HunqarorinqM.ŞumaxerFerrariK.RəykkönenMcLaren
15.08.2004HunqarorinqM.ŞumaxerFerrariM.ŞumaxerFerrari
24.08.2003HunqarorinqF.AlonsoRenaultF.AlonsoRenault
18.08.2002HunqarorinqR.BarrikelloFerrariR.BarrikelloFerrari
19.08.2001HunqarorinqM.ŞumaxerFerrariM.ŞumaxerFerrari
13.08.2000HunqarorinqM.ŞumaxerFerrariM.HəkkinenMcLaren
15.08.1999HunqarorinqM.HəkkinenMcLarenM.HəkkinenMcLaren
16.08.1998HunqarorinqM.HəkkinenMcLarenM.ŞumaxerFerrari
10.08.1997HunqarorinqM.ŞumaxerFerrariJ.VilnövWilliams
11.08.1996HunqarorinqM.ŞumaxerFerrariJ.VilnövWilliams
13.08.1995HunqarorinqD.HillWilliamsD.HillWilliams
14.08.1994HunqarorinqM.ŞumaxerBenettonM.ŞumaxerBenetton
15.08.1993HunqarorinqA.ProstWilliamsD.HillWilliams
16.08.1992HunqarorinqR.PatrezeWilliamsA.SennaMcLaren
11.08.1991HunqarorinqA.SennaMcLarenA.SennaMcLaren
12.08.1990HunqarorinqT.ButsenWilliamsT.ButsenWilliams
13.08.1989HunqarorinqR.PatrezeWilliamsN.MənsellFerrari
07.08.1988HunqarorinqA.SennaMcLarenA.SennaMcLaren
09.08.1987HunqarorinqN.MənsellWilliamsN.PikeWilliams
10.08.1986HunqarorinqA.SennaLotusN.PikeWilliams

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 377
Teqlər , ,
Paylaş

logo