13 Dekabr 2017, Çərşənbə - 15:19

Macarıstan-2017: İkinci sərbəst yürüşlər

Macarıstan-2017: İkinci sərbəst yürüşlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

17:45 - 28 İyul, 2017

Komandaların çoxu Macarıstan Qran Prisinə və gələn həftə elə bu trasda keçiriləcək ikigünlük mövsümiçi testlərə yeniliklər hazırlayıblar, ona görə də yeniliklərin effektivliyinin qiymətləndirilməsi cümə gününün ənənəvi sazlanma axtarışı və təkərlərin effektivliyinin dəyərləndirilməsi proqramına əlavə olunub.

F-1.az xəbər verir ki, Renault nahardan əvvəl qəzaya uğramış Palmerin maşınını tam bərpa edib qurtara bilməyib – maşının altlığını dəyişmək lazım gəlib. Haas-ın mexanikləri isə Maqnussenin maşını üzərində işlərini davam etdiriblər – səhər Kevini əvəz etmiş Antonio Covinatsi də ciddi qəzaya uğramışdı. Yekunda Palmer 25 dəqiqədən sonra trasa çıxa bilib, Maqnussen isə bir saatdan çox vaxt itirib.

Stroll və Massa yenə də trasdan kənara çıxıblar, amma maşınlara ciddi zərər verməyiblər. Rəykkönen gözlənilmədən motorun gücünü itirib, amma mühəndis radio ilə ona mühərriyi işə salmaqda kömək edib, Kimi boksa qayıdıb və sonra trasda işini davam etdirib. Yenə də sessiyanın ortasından bir az keçmiş qırmızı bayraqlar peyda olublar – 11-ci döngədə Verlyayn böyük sürətlə trasdan çıxaraq baryerlərə çırpılıb. Paskal kokpiti müstəqil tərk edib və tibbi mərkəzə müayinə üçün göndərilib. 12 dəqiqəlik pauzadan sonra sessiyaya restart verilib. Həkimlər isə almaniyalı sürücünü sərbəst buraxıblar.

Vandorn isə növbəti dəfə Honda güc qurğusu ilə problemlər yaşayıb – maşın sürətini itirib, mühəndis sürücüdən yavaş-yavaş boksa qayıtmağı xahiş edib və Stoffel bir daha trasa çıxmayıb.

Sessiyanın 72-ci dəqiqəsində Palmer gün ərzində ikinci dəfə qəzaya uğrayıb – bu dəfə 14-cü döngədə trasdan çıxan maşının arxa tərəfi baryerlərə çırpılıb: sessiya qırmızı bayraqlarla dayandırılıb.

Sürücülər sessiyaya Soft təkərlərlə dövrələr seriyası ilə başlayıblar, sonra isə SuperSoft təkərlərə keçiblər. Nahardan əvvəl olduğu kimi, protokollara Daniel Rikkardo başçılıq edib – 1:18.455, amma 3 komandanın sürücüləri cəmi yarım saniyənin içindədirlər. Sabah səhər məşqlər davam edəcək…

YerNSürücüKomandaZamanFərqDövrə
13Daniel RikkardoRed Bull1:18.45532
25Sebastyan FettelFerrari1:18.638+ 0:00.18328
377Valtteri BottasMercedes AMG1:18.656+ 0:00.20133
47Kimi RəykkönenFerrari1:18.755+ 0:00.30028
544Lyuis HəmiltonMercedes AMG1:18.779+ 0:00.32431
633Maks FerstappenRed Bull1:18.951+ 0:00.49625
727Niko HülkenberqRenault1:19.714+ 0:01.25933
814Fernando AlonsoMcLaren1:19.815+ 0:01.36031
955Karlos SaynsToro Rosso1:19.834+ 0:01.37935
102Stoffel VandornMcLaren1:19.909+ 0:01.45418
1131Esteban OkonForce İndia1:20.126+ 0:01.67134
1211Serxio PeresForce İndia1:20.266+ 0:01.81133
1326Daniil KvyatToro Rosso1:20.577+ 0:02.12237
1418Ləns StrollWilliams1:20.791+ 0:02.33631
1519Felipe MassaWilliams1:20.869+ 0:02.41422
1630Colion PalmerRenault1:21.175+ 0:02.72012
1720Kevin MaqnussenHaas1:21.345+ 0:02.89011
188Roman QrojanHaas1:21.504+ 0:03.04925
199Markus ErikssonSauber1:21.559+ 0:03.10431
2094Paskal VerlyaynSauber1:21.722+ 0:03.26716

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 980
Teqlər , , , , ,
Paylaş

logo