24 Oktyabr 2017, Çərşənbə axşamı - 04:33

Macarıstan-2017: Həftəsonuna ilkin hava proqnozu

Macarıstan-2017: Həftəsonuna ilkin hava proqnozu

Müəllif: Elçin Zodorov, redaktor

06:08 - 24 İyul, 2017

Hunqarorinqdə keçiriləcək yay fasiləsindən əvvəlki son yarış üçün yerli meteoroloqlar tərəfindən ilkin hava proqnozu elan olunub – həftəsonuna günəşli hava vəd edilir və yağıntı ehtimalı minimumdur.

F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, cümə günü hava günəşli olacaq və temperatur +30 dərəcəyə çatacaq. Şənbə və bazar günləri hava bir qədər buludlu olacaq, termometrlər maksimum +29 dərəcəni göstərəcəklər. Yağıntı ehtimalı isə 20%-dir.

Xatırladaq ki, keçən il burada birinci sərbəst yürüşlər və sıralanma turu zamanı asfalt nəm olmuşdu, digər sessiyalar isə quru havada baş tutmuşdu.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 482
Teqlər , ,
Paylaş

logo