16 Dekabr 2017, Şənbə - 07:14

Macarıstan-2017: Birinci sərbəst yürüşlər

Macarıstan-2017: Birinci sərbəst yürüşlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

13:43 - 28 İyul, 2017

Hunqarorinq il ərzində mütəmadi istifadə olunmadığı üçün səhər asfalt örtüyünün vəziyyəti yaxşı olmayıb – amma keçən il döşənmiş yeni asfaltla ilişmə elə də pis olmayıb.

F-1.az bildirir ki, tozlu və sürüşkən trasda Vandorn yerində fırlanıb, Qrojan trasdan çıxaraq baryerlərə ilişib – arxa qanadını zədələyən fransalı sürücü özünü boksa çatdıra bilib. Fettel isə yerində fırlandıqdan sonra çınqıllı sahəyə düşüb.

İki komanda gənc sürücülərin işləməsi üçün imkan yaradıb: Force İndia-da Alfonso Seliş və Haas-da Antonio Covinatsi komandaların əsas sürücülərini əvəzləyiblər.

Sessiyanın ortasından bir qədər sonra qırmızı bayraqlar dalğalanıb – Covinatsi 11-ci döngədə trasdan çıxaraq baryerlərə çırpılıb, asılqanı dağılmış maşının təxliyəsi 7 dəqiqə çəkib.

Massa və Stroll maşını zədələmədən trasdan kənara səyahət ediblər. Son dəqiqələrdə isə yenidən qırmızı bayraqlar peyda olublar – 4-cü döngədə porebrikə hücum zamanı Palmerin maşınında ön qanad qırılıb, tras isə qırıntılarla dolub.

Protokollara isə Daniel Rikkardo başçılıq edib – avstraliyalı sürücü trasın mütləq rekorduna cəmi yarım saniyə uduzub. Nahardan sonra məşqlər davam edəcək…

YerNSürücüKomandaZamanFərqDövrə
13Daniel RikkardoRed Bull1:18.48631
27Kimi RəykkönenFerrari1:18.720+ 0:00.23420
344Lyuis HəmiltonMercedes AMG1:18.858+ 0:00.37231
433Maks FerstappenRed Bull1:19.162+ 0:00.67627
577Valtteri BottasMercedes AMG1:19.248+ 0:00.76230
65Sebastyan FettelFerrari1:19.563+ 0:01.07721
714Fernando AlonsoMcLaren1:19.987+ 0:01.50121
82Stoffel VandornMcLaren1:20.005+ 0:01.51924
927Niko HülkenberqRenault1:20.150+ 0:01.66425
1030Colion PalmerRenault1:20.461+ 0:01.97527
1119Felipe MassaWilliams1:20.540+ 0:02.05428
1211Serxio PeresForce İndia1:20.574+ 0:02.08823
1326Daniil KvyatToro Rosso1:20.780+ 0:02.29427
1455Karlos SaynsToro Rosso1:20.917+ 0:02.43125
1518Ləns StrollWilliams1:20.974+ 0:02.48829
168Roman QrojanHaas1:21.313+ 0:02.82720
1734Alfonso SelişForce İndia1:21.602+ 0:03.11624
188Markus ErikssonSauber1:21.785+ 0:03.29931
1950Antonio CovinatsiHaas1:22.251+ 0:03.7658
2094Paskal VerlyaynSauber1:22.490+ 0:04.00429

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 5. 073
Teqlər , , , , ,
Paylaş

logo