23 Oktyabr 2017, Bazar ertəsi - 02:37

Macarıstan-2016: Texniki analiz

Macarıstan-2016: Texniki analiz

Müəllif: Afgan Haji, redaktor

13:34 - 27 Avqust, 2016

Mövsüm boyu komandalar durmadan yeniliklər üzərində işləyirdilər. Bir aylıq yay tətilinə çəxmamışdan öncə, komandalar demək olar ki, son mühüm yeniliklərini təqdim ediblər. Macarıstana ən az yeniliklər gətirilmişdi. Komandalar daha çox əvvəllər sınaqdan keçirdikləri elementlərə üstünlük veriblər.

Məhz buna görə də, F-1.az üç top komandanın – Mercedes, Ferrari və Red Bull-un yenilikərini təqdim edir.

Mercedes AMG

Nədənsə Mercedes komandası Macarıstana çox az yeniliklər gətirmişdi. Əvvəllər rast gəlmədiyim yenilik kokpitin yan hissəsindəki jalüzlər idi (1).

Kokpitin yan hissəsindəki jalüzlər
Kokpitin yan hissəsindəki jalüzlər

 

Ancaq bu o demək deyil ki, Mercedes komandasının əvvəlki Qran Prilər üçün hazırladığı yenilikləri gözümüzdən qaçırdıq.

Mercedes əvvəlki yeniliklərinin sayəsində, daha çox asfalta yatma qüvvəsini əldə etməyə müvəffəq olub.

Lazım olan temperaturun iş diapazonunu  əldə etmək üçün kokpitin yan hissəsindəki dəliklərin konfiqurasiyası hər yarış üçün dəyişir.

Macarıstanda kokpitin yan dəliklərinin hündürlüyü artırılmış və səkkiz diaqonal kəsiklərlə təchiz edilmişdi. Komandada hesab edirdilər ki, bu konfiqurasiya hesabına yan pontonlardan isti hava kütləsini uzaqlaşdıraraq daxili və xarici aerodinamikaya mənfi təsiri azaltmış olacaqlar.

İsti havanı daha sürətli yaymaq üçün, arxa hissənin yan pontonlarında, asılqanın linkinin yuxarı elementi üçün olan kəsiyin ölçüləri artırılmışdı (2).

Arxa hissənin yan pontonlarındakı kəsiklər
Arxa hissənin yan pontonlarındakı kəsiklər

 

Bakı Qran Prisindən sonra Mercedes, işlənmiş qazları çıxaran borunun üst hissəsində qövsvari qanadcıqdan istifadə etməyə başlamışdı.

Ancaq Macarıstanda Monakoda istifadə olunan konfiqurasiyaya qayıtmağa qərar verilmişdi (3).

İşlənmiş qazları çıxaran boru
İşlənmiş qazları çıxaran boru

 

Bu dəyişiklik bir daha onu sübut edir ki, Mercedes-də maksimal aerodinamik effekti əldə etmək üçün arxa qanadla diffuzorun qarşılıqlı işləməsinə böyük önəm verirlər.

Həmçinin, komanda Silverstounda təqdim etdiyi arxa qanaddan istifadə edirdi (4).

Arxa qanad
Arxa qanad

 

 

Ferrari

Macarıstanda qırmızı maşınlarda yeni meymun oturacağı quraşdırılmışdı (5).

Yeni meymun oturacağı
Yeni meymun oturacağı

 

Göründüyü kimi, Ferrari-də diffuzorla arxa qanadın birlikdə daha çox asfalta yatma qüvvəsini generasiya etməsi üçün əllərindən gələni edirlər.

Diffuzorun xarici hissəsinin konfiqurasiyası hər dəfə çətin bir forma almaqdadır (6). Bir il əvvəl İspaniyada komanda diffuzora bir neçə dənə qanadcıq quraşdırmışdı (6.2). Həmən vaxtdan bu yana o hissədə daima dəyişikliklərə rast gəlirik.

Diffuzorun xarici hissəsinin konfiqurasiyası
Diffuzorun xarici hissəsinin konfiqurasiyası

 

Red Bull

Hunqarorinqdə Red Bull həmişə şassisinin güclü tərəflərini nümayiş etdirə bilirdi. Bu yarış üçün komanda RB12-dən daha çox asfalta yatma qüvvəsini almaq üçün, arxa qanadının konstruksiyasına dəyişikliklər etmişdi. Soçidə gördüyümüz və diffuzorla antiqanadın aerodinamik əlaqəsini artırmağa xidmət edən yan lövhələrin konfiqurasiyası qayıtmışdı.

İşlənmiş qazları ixrac edən borunun yanında xırda qanadcığı da görmək mümkün idi.

Bu mövsümdə ilk dəfə RB12-də meymun oturacağı da görə bildik.

Videoda gördüyünüz kimi, Red Bull bir neçə variant üzərində işləyirdi.


Son Xəbərlər

İnformasiya

Bölüm Texniki analiz
Mənbə Giorgio Piola, Matt Somerfield
Baxış Sayı 400
Teqlər , , , , ,
Paylaş

logo