16 Dekabr 2017, Şənbə - 01:37

Macarıstan-2016: Yarış

Macarıstan-2016: Yarış

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:08 - 24 İyul, 2016

İlk Macarıstan Qran Prisindən 30 il keçib, sürücülərin bir neçə nəsli dəyişib. Əgər əvvəllər azarkeşlər macar yarışını təqvimdən uzaqlaşdırmaq istəyirdilərsə, son onillikdə yarışa münasibət tam dəyişib.

F-1.az xatırladır ki, iki saat davam edən sıralanma turunda sürücülər bütün tip təkərlərdən istifadə ediblər. Sıralanma turu yağış altında başlamışdı – birinci sessiya dörd dəfə qırmızı bayraqlarla dayandırılmışdı. İkinci sessiyada sürücülər keçid təkərlərlə, üçüncü sessiyada isə sliklərlə mübarizə aparmışdılar.

Sıralanma turunun son dəqiqəsində hamının sürətli dövrədə olduğu bir anda Fernando Alonso yerində fırlanmışdı – ispaniyalı sürücünün arxasında olan Lyuis Həmilton sarı bayraqlara görə sürətini azaltmışdı, daha geridə olan Rosberq isə poul qazanmışdı.

Təşkilatçılar bu il trasın asfalt örütüyünü yeniləyiblər, ona görə də sürücülər asfaltla ilişmədən razı qalıblar. Bundan başqa trasda ənənəvi olan kələ-kötür yerləri də hamarlayıblar. Trasboyu porebriklər yenilənib, trasın hüdudlarından 4-cü və 11-ci döngələrdə kənara çıxan sürücülərin qanun pozuntuları isə elektron cihazlar vasitəsilə qeydə alınıb. Çarli Uaytinq növbəti dəfə xəbərdarlıq edib ki, yarışın gedişində 3-cü qanun pozuntusundan sonra qara-ağ bayraq göstərilməklə sürücüyə son xəbərdarlıq ediləcək, daha bir trasdan kənara səyahət isə pit-leyndən keçməklə cəzalandırılacaq.

Pirelli Hunqarorinqə orta üçlüyü – Medium, Soft və SuperSoft tərkiblərini gətirib. Medium-dan heç kim istifadə etməyib, SuperSoft sürətli olsa da, tez yeyildiyi üçün yarış strategiyası Soft təkərlər üzərində qurulub. Sıralanma turu yağışlı olduğu üçün sürücülərin kifayət qədər təzə təkər dəstləri qalıb və strateqlər müxtəlif variantlar üzərində baş sındırıblar.

Bazar günü ənənəvi olaraq hava çox qızıb, asfaltın temperaturu +50 dərəcəni keçib. Kvyat, Peres, Rəykkönen, Palmer, Massa, Haryanto və Eriksson Soft təkərlərlə starta çıxıblar, digər sürücülər isə SuperSoft-a üstünlük veriblər.

Startda Həmilton liderliyi ələ alıb, ilk döngədə Rikkardonu da önə buraxan Rosberq növbəti döngədə avstraliyalını qabaqlaya bilib. Alonso Saynsı, Bottas isə Hülkenberqi startda keçiblər, Kvyat isə geriləyərək 20-ci yerə düşüb. 2-ci dövrənin sonunda ilk onluq: Həmilton – Rosberq – Rikkardo – Ferstappen – Fettel – Alonso – Sayns – Batton – Bottas – Hülkenberq.

Həmilton DRS hücumlardan qorunmaq üçün Rosberqdən uzaqlaşaraq özünü sığortalayıb. Batton əyləc pedalının işləməməsindən gileylənib, mühəndis onun trasda qalmasını xahiş edib – hansısa cihaz sıradan çıxıb. Censon sistemi yenidən yükləyib, problem həll olunub, amma Censonun komanda ilə radio danışıqlarında stüardlar qanun pozuntusu gördükləri üçün britaniyalı sürücü pit-leyndən keçməklə cəzalandırılıb.

10-cu dövrədə Verlyayn pit-stoplar dalğasına start verib, 12-ci dövrədə Nasr, 15-ci dövrədə Fettel, Hülkenberq və Qrojan, 16-cı dövrədə Rikkardo, Alonso və Qutyerres, 17-ci dövrədə Həmilton, Ferstappen, Sayns və Bottas ilk pit-stoplarını gerçəkləşdiriblər – Ferstappen boksda ləngidiyi üçün trasa hələ pit-stop etməmiş Rəykkönenin arxasında qayıdıb, dərhal bir neçə hücum etsə də, finalndiyalı sürücünü keçə bilməyib.

18-ci dövrədə yarışın lideri Rosberq mexaniklərinə qonaq olub – almaniyalı sürücü trasa 2-ci yerdə qayıdıb. Rosberq Lyuislə fərqi azaltmağa başlayıb, Rikkardo isə öz növbəsində Rosberqlə fərqi azaldıb.

28-ci dövrədə Peres, 30-cu dövrədə isə Rəykkönen trasda sonuncu olaraq ilk dəfə boksa yollanıblar. Kimi Alonsonun arxasında trasa qayıtsa da, elə ilk cəhdindən onu keçib. 31-ci dövrənin sonunda ilk onluq: Həmilton – Rosberq – Rikkardo – Fettel – Ferstappen – Rəykkönen – Alonso – Sayns – Bottas – Peres.

34-cü dövrədə Rikkardo ikinci dəfə boksa üz tutub, 36-cı dövrədə isə mövsümün ikinci yarısı başlayıb 🙂

37-ci dövrədə Verlyayn, Qrojan və Maqnussen, 38-ci dövrədə Qutyerres, 39-cu dövrədə Ferstappen, 41-ci dövrədə Hülkenberq və Palmer yeni təkərlərə keçiblər – Niko boksda ləngidiyi üçün Colion trasa öndə qayıdıb.

42-ci dövrədə Həmilton, Fettel və Peres boksa tələsiblər – Peresi mexanikləri gözləmədikləri üçün sürücü vaxt itirməli olub. 43-cü dövrədə Rosberq və Sayns da sonuncu dəfə boksa baş çəkiblər.

49-cu dövrədə Palmer 4-cü döngədə səhvə yol verib, trasdan çıxıb və bir neçə yer itirərək trasa qayıdıb. 51-ci dövrədə Rəykkönen yeni təkərlərlə trasa qayıdıb. 52-ci dövrənin sonunda ilk onluq: Həmilton – Rosberq – Rikkardo – Fettel – Ferstappen – Rəykkönen – Alonso – Sayns – Bottas – Hülkenberq.

52-ci dövrədə 3-cü dəfə trasın hüdudlarına məhəl qoymayan Alonsoya qara-ağ bayraq göstərilib. Qutyerres mavi bayraqlara məhəl qoymayaraq Həmiltonu buraxmadığı üçün Rosberq fərqi minimuma endirib. Estebanı keçdikdən sonra Lyuis uzaqlaşmağa çalışıb, meksikalı sürücüyə isə 5 saniyəlik cərimə gəlib.

57-ci dövrədə Rəykkönen Fertsappenə növbəti hücumu zamanı gənc sürücü trayektoriyasını 2 dəfə dəyişdiyi üçün sürücülər arasında təmas yaşanıb – Ferrari-nin ön qanadında bəzi lövhələr qırılıb. 62-ci dövrədə Batton yarışda mübarizəni dayandıran ilk sürücü olub. Rəykkönenin hücumları davam edib, amma pressinq altında Ferstappen səhvə yol verməyib.

Lyuis Həmilton Macarıstan Qran Prisində qalib gəlməklə mövsümdə 5-ci, karyerasında isə 48-ci qələbəsini qazanıb. Lyuis bu qələbəsindən sonra mövsümdə ilk dəfə çempionatda liderliyə yüksəlib. Lyuis həm də Hunqarorinqdə 5 qələbə qazanmış ilk sürücü olub.

Həmilton və Rosberqin mövsümdə 5 qələbəsi olub, Niko bu gün finişdə 2-ci olduğu üçün Mercedes AMG mövsümdə 3-cü dəfə qələbə dubluna sevinib. Daniel Rikkardo isə podiumun ən aşağı pilləsinə qalxıb. Mühəndislər Kubokunda isə Red Bull və Ferrari-ni ikincilik uğrunda mübarizədə cəmi bir xal ayırır.

Gələn həftə mübarizə Hokkenhaymda davam edəcək – bizi yay tətilindən öncə çox maraqlı həftəsonu gözləyir…

YerNSürücüKomandaZamanPit
144Lyuis HəmiltonMercedes AMG1:40:30.1152
26Niko RosberqMercedes AMG+ 0:01.9772
33Daniel RikkardoRed Bull+ 0:27.5392
45Sebastyan FettelFerrari+ 0:28.2132
533Maks FerstappenRed Bull+ 0:48.6592
67Kimi RəykkönenFerrari+ 0:49.0442
714Fernando AlonsoMcLaren+ 1 dövrə2
855Karlos SaynsToro Rosso+ 1 dövrə2
977Valtteri BottasWilliams+ 1 dövrə2
1027Niko HülkenberqForce İndia+ 1 dövrə2
1111Serxio PalmerForce İndia+ 1 dövrə2
1230Caolion PalmerRenault+ 1 dövrə2
1321Esteban Qutyerres (*)Haas+ 1 dövrə2
148Roman QrojanHaas+ 1 dövrə2
1520Kevin MaqnussenRenault+ 1 dövrə2
1626Daniil KvyatToro Rosso+ 1 dövrə2
1712Felipe NasrSauber+ 1 dövrə2
1819Felipe MassaWilliams+ 2 dövrə2
1994Paskal VerlyaynManor+ 2 dövrə2
209Markus ErikssonSauber+ 2 dövrə3
2188Rio HaryantoManor+ 2 dövrə1

(*)  Esteban Qutyerres mavi bayraqlara məhəl qoymadığı üçün yekun nəticəsinin üzərinə 5 saniyə əlavə olunub

Sürətli dövrə: Kimi Rəykkönen (Ferrari) – 1:23. 086 (52-ci dövrə, 189.822 km/saat)

 

MÜBARİZƏNİ DAYANDIRAN:

SürücüKomandaDövrəSəbəb
Censon BattonMcLaren62hidravlik sistem

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

YerNSürücüÖlkəKomandaXal
144Lyuis HəmiltonMercedes AMG F1 Team192
26Niko RosberqMercedes AMG F1 Team186
43Daniel RikkardoRed Bull Racing115
37Kimi RəykkönenScuderia Ferrari114
55Sebastyan FettelScuderia Ferrari110
633Maks FerstappenRed Bull Racing100
777Valtteri BottasWilliams Martini Racing56
811Serxio PeresSahara Force İndia F1 Team47
919Felipe MassaWilliams Martini Racing38
1055Karlos SaynsScuderia Toro Rosso30
118Roman QrojanHaas F1 Team28
1227Niko HülkenberqSahara Force İndia F1 Team27
1314Fernando AlonsoMcLaren Honda Formula 1 Team24
1426Daniil KvyatScuderia Toro Rosso23
1522Censon BattonMcLaren Honda Formula 1 Team13
1620Kevin MaqnussenRenault Sport Formula 1 Team6
1794Paskal VerlyaynManor Racing MRT1
1847Stoffel VandornMcLaren Honda Formula 1 Team1

 

MÜHƏNDİSLƏR KUBOKU:

YerKomandaMotorXal
1Mercedes AMG F1 TeamMercedes378
2Scuderia FerrariFerrari224
3Red Bull RacingTAG Heuer223
4Williams Martini RacingMercedes94
5Sahara Force İndia F1 TeamMercedes74
6Scuderia Toro RossoFerrari45
7McLaren Honda Formula 1 TeamHonda38
8Haas F1 TeamFerrari28
9Renault Sport Formula 1 TeamRenault6
10Manor Racing MRTMercedes1

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 292
Teqlər , , , , , ,
Paylaş

logo