16 Dekabr 2017, Şənbə - 18:57

Macarıstan-2016: İlkin hava proqnozu

Macarıstan-2016: İlkin hava proqnozu

Müəllif: Elçin Zodorov, redaktor

11:27 - 18 İyul, 2016

İsti və quru hava şəraiti Macarıstandakı yarışı xarakterizə edən əsas amillərdən biridir.

F-1.az bildirir ki, elə bu həftəsonuna da ilkin proqnozlarda yağış yağması ehtimalının az olduğu, günəşli hava olacağı bildirilir.

Cümə günü temperaturun +31 dərəcə, şənbə günü də havanın qismən buludlu olacağı, lakin temperaturun cümə günündəki kimi, +31 dərəcə olacağı proqnozlaşdırılır. Bazar günü isə temperatur +33 dərəcəyə qədər yüksələcək. Həftəsonunun hər bir günündə yağışın yağma ehtimalı 20% qiymətləndirilir.

Xatırladaq ki, keçən il Qran Prinin bütün sessiyaları quru havada baş tutmuşdu.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 210
Teqlər , ,
Paylaş

logo