17 Dekabr 2017, Bazar - 11:54

Macarıstan-2016: Günün sürücüsü – Kimi Rəykkönen

Macarıstan-2016: Günün sürücüsü – Kimi Rəykkönen

Müəllif: Elçin Zodorov, redaktor

14:18 - 25 İyul, 2016

Bu il çempionatın təşkilatçıları “Günün sürücüsü” adlı yeni mükafat təsis ediblər. Mükafatın sahibi yarışdan dərhal sonra çempionatın rəsmi saytında yerləşdirilmiş birgünlük sorğunun nəticələrinə görə müəyyən edilir.

F-1.az xəbər verir ki, Macarıstan Qran Prisində 14-cü yerdən start alan və möhtəşəm çıxışla yekunda 6-cı olan Kimi Rəykkönen “Günün Sürücüsü” seçilib.

Qeyd edək ki,  ən çox – 4 dəfə Maks Ferstappen “Günün sürücüsü” seçilib. Bu 4 yarışın hamısı İspaniya Qran Prisindən – yəni Maksın Red Bull-a keçməsindən sonraya təsadüf edir. O, yeni komandası ilə ilk yarışı olan və qalib gəldiyi İspaniyada, daha sonra isə Kanada, Avstriya və Britaniya Qran Prilərində bu ada layiq görülüb.

Ferstappen və Rəykkönendən əlavə, AvstraliyaBəhreyn yarışlarında Roman Qrojan, Çin Qran Prisində Daniil Kvyat, Rusiyada Kevin Maqnussen, Monakoda və Bakıda keçirilən Avropa Qran Prisində Serxio Peres “Günün sürücüsü” seçilmişdilər.

Xatırladaq ki, bu seçim azarkeşlərin səsverməsinə əsasən edilir. Səsvermə isə hər yarışdan sonra Formula1-in rəsmi internet saytında keçirilir.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 406
Teqlər , ,
Paylaş

logo