11 Dekabr 2017, Bazar ertəsi - 09:53

Macarıstan-2016: Birinci sərbəst yürüşlər

Macarıstan-2016: Birinci sərbəst yürüşlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

14:46 - 22 İyul, 2016

Dünən gecə Budapeştə güclü yağış yağıb, səhər asfalt tam qurumayıb və sürücülər sessiyaya keçid təkərlərlə başlayıblar. Bir dövrə vuraraq boksa qayıdan sürücülər vəziyyətin yaxşılaşmasını gözləyiblər. 20 dəqiqə sonra Valtteri Bottas sliklərlə trasa çıxıb, daha sonra digər sürücülər də trasa tələsiblər.

F-1.az bildirir ki, ilk məşqlərdə iki komandada müvəqqəti dəyişiklik edilib – Renault komandasında Kevin Maqnusseni Esteban Okon, Haas komandasında isə Esteban Qutyerresi Şarl Lekler əvəz ediblər.

Hunqarorinqdə hamıya tanış olan kələ-kötür yerlər yox çıxıb, bütün trasa yeni asfalt qatı döşənib – ona görə də komandalar yeni örtükdə təkərlərin davranışını qiymətləndirməyə çalışıblar. Trasda sürətlə artıb, artıq sessiyanın ortasında Niko Rosberq keçənilki pouldan sürətli nəticəyə imza atıb.

Sessiya zamanı ciddi insident baş verməyib. Alonso sonuncu, Batton 5-ci, Lekler 6-cı döngədə yerində fırlanıblar. Fettel isə 12-ci döngədə trasdan çıxmalı olub. Palmer maşındakı problem üzündən sessiyanın böyük bir hissəsini boksda keçirməli olub.

Protokollara Lyuis Həmilton başçılıq edib – 1:21.347, komanda yoldaşı Rosberqlə günün ən böyük məsafəsini də Lyuis qət edib – hərəyə 34 dövrə. Nahardan sonra məşqlər davam edəcək.

YerNSürücüKomandaZamanFərqDövrə
144Lyuis HəmiltonMercedes AMG1:21.34734
26Niko RosberqMercedes AMG1:21.584+ 0:00.23734
35Sebastyan FettelFerrari1:22.991+ 0:01.64422
47Kimi RəykkönenFerrari1:23.082+ 0:01.73519
53Daniel RikkardoRed Bull1:23.174+ 0:01.82728
633Maks FerstappenRed Bull1:23.457+ 0:02.11027
714Fernando AlonsoMcLaren1:23.935+ 0:02.58828
822Censon BattonMcLaren1:23.961+ 0:02.61418
98Roman QrojanHaas1:24.013+ 0:02.66622
1011Serxio PeresForce İndia1:24.073+ 0:02.72629
1127Niko HülkenberqForce İndia1:24.120+ 0:02.77329
1219Felipe MassaWilliams1:24.154+ 0:02.80727
1377Valtteri BottasWilliams1:24.370+ 0:03.02333
1455Karlos SaynsToro Rosso1:24.579+ 0:03.23227
159Markus ErikssonSauber1:24.981+ 0:03.63419
1650Şarl LeklerHaas1:25.181+ 0:03.83422
1712Felipe NasrSauber1:25.256+ 0:03.90918
1845Esteban OkonRenault1:25.260+ 0:03.91328
1926Daniil KvyatToro Rosso1:25.324+ 0:03.97716
2088Rio HaryantoManor1:27.012+ 0:05.66523
2194Paskal VerlyaynManor1:27.249+ 0:05.9029
2230Colion PalmerRenault1:28.560+ 0:07.2136

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 181
Teqlər , , , ,
Paylaş

logo