M.Zurer Rəykköneni müdafiə edib

Sabiq Formula1 sürücüsü Mark Zurer Ferrari komandasının sürücüsü Kimi Rəykköneni müdafiə edib.

F-1.az xatırladır ki, Kimi Rəykkönen ilk iki yarışda komanda yoldaşı Sebastyan Fetteldən geridə qalmış və bundan sonra komandanın prezidenti Sercio Markionne sürücüsü Kimi Rəykköneni sərt tənqid etmişdi.

Mark Zurer: “Onların Kimi ilə bu cür davranmaları ədalətli deyil. Rəykkönen mühərrikdən və asfaltayatma qüvvəsindən şikayət edir. Bu, komandanın problemidir. Sürücünü tənqid etməmişdən əvvəl boliddəki problemləri düzəltmək lazımdır”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*