17 Dekabr 2017, Bazar - 17:55

M.Yamamoto: “Honda Formula1-dən getməyə hazırlaşmır”

M.Yamamoto: “Honda Formula1-dən getməyə hazırlaşmır”

Müəllif: Elçin Zodorov, redaktor

12:04 - 23 İyul, 2017

Honda-nın baş meneceri Masaşi Yamamoto Formula1-dən ayrılacaqları barədə yaranan şayiələri təkzib edib.

F-1.az Honda-nın McLaren və Sauber komandaları ilə müqaviləsinin olmasına baxmayaraq, gələn il müştərisiz qalacağı ilə bağlı söhbətlərin gəzdiyi barədə dəfələrlə xəbər verib. Lakin yapon şirkətin rəhbərliyi bu fikirdə deyil.

Masaşi Yamamoto: “İdmandan getmək niyyətində deyilik. Mən şirkətimizin prezidenti Takahiro Haçiqo və direktorlar şurasının üzvləri ilə mütəmadi əlaqə saxlayıram – heç kim Formula1-dən ayrılmaq barədə məktub yazmayıb. Bizim McLaren-lə müqaviləmiz var, onlarla danışıqlarımız davam edir. Deyə bilərəm ki, hətta McLaren-in digər mühərriklərdən müvəqqəti istifadə etməsi variantını da nəzərdən keçirmirik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 883
Teqlər , , , , ,
Paylaş

logo