22 Noyabr 2017, Çərşənbə - 20:42

M.Uebber sürücülük karyerasını başa vurur

M.Uebber sürücülük karyerasını başa vurur

Müəllif: Elçin Zodorov, redaktor

20:10 - 13 Oktyabr, 2016

Gələn ay təşkil olunacaq 6 saatlıq Bəhreyn yarışı onun sürücülük karyerasında son yarış olacaq.

F-1.az xəbər verir ki, 2013-cü ildə Formula1 karyerasına son qoyaraq WEC seriyasına keçən, Porsche komandasının tərkibində 7 qələbə qazanan və bir çempionluq əldə edən Mark Uebber gələn mövsümdən etibarən yarışmayacağını bildirib.

Mark Uebber: “Aid olduğum yerdəyəm. Porsche həmişə ən çox sevdiyim və mənə ən çox uyğun gələn marka olub. Onun sürəti, asfaltayatma qüvvəsi üçün darıxacağam. Bu markanın təmsilçisi olacağam və yeni vəzifəm üçün səbirsizlənirəm.

Formula1-dən bu seriyaya doğru zamanında keçmişəm. Timo və Brendonla eyni komandada olmaq əla idi. Bunu həmişə xatırlayacağam. Bəhreyndə yarış üçün son dəfə sükan  arxasına keçmək qəribə olacaq”.

Xatırladaq ki, Uebber 2002-ci ildən 2013-cü ilə qədər Minardi, Jaguar, Williams və Red Bull komandalarının tərkibində Formula1-də yarışıb. Çıxdığı 215 yarışda 9 qələbə qazanıb və 42 dəfə podiuma yüksəlib. Bu yarışların 13-nə pouldan başlayıb və 19 dəfə ən sürətli dövrə vurub.

 

 


Son Xəbərlər

İnformasiya

Bölüm WEC
Mənbə
Baxış Sayı 476
Teqlər , , ,
Paylaş

logo