M.Uebber: “Sürücülər startda yer itirməməlidirlər”

Sabiq Formula1 sürücüsü Mark Uebber bildirib ki, komandaların yaşadığı mexaniki problemlərə görə sürücülərin geriyə düşməsi xoş hal deyil.

F-1.az xatırladır ki, sürücülərə hər mövsüm 4 güc qurğusundan istifadəyə icazə verilir və bu limiti keçdikdən sonra sürücülərə startda yet itirmək cəzası verilir. Bundan başqa, ötürmələr qutusunu dəyişəndə də sürücülər startda yer itirirlər.

Mark Uebber: “Qaydalar çoxdur. Özlərindən asılı olmayan vəziyyətə görə sürücülərin cəza almalarını görmək istəmirəm. Məsələn, mexanik əyləc diskini düz qoymayanda sürücünü peletonun arxasına atırlar. Çox adam sıralanma turunu izləmir və televizoru açanda “sevimli sürücüm niyə ən geridən başlayır?” sualını verir. Beləliklə, fanları itiririk.

Mühəndislər Kubokunda komandanın xalları azaldıla bilər və ya başqa şeylər edilə bilər. Sürücüyə zərəri olmayan bir yol tapılmalıdır. Son 5 ildə sürücülərin günahı olmayan çoxlu axmaq cəzalar var. Bu da yarışın ləzzətini öldürür.

Fernando Alonso buna görə rəqabətədavamlı olmayan maşınla yarışa sondan başlamalı olur və bu vaxt itkisidir. Mükəmməl performans göstərir. İndy500 və ya McLaren-də inanılmaz işlər görüb”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*