M.Uebber: “Rikkardo böyük risk edir”

Sabiq Formula1 sürücüsü Mark Uebber bildirib ki, Daniel Rikkardo riskə girir.

F-1.az xatırladır ki, 28 yaşlı sürücünün Red Bull-la müqaviləsi ilin sonunda bitir və Rikkardo hələ də müqaviləni yeniləməyə tələsmir. Avstraliyalı son açıqlamasında bildirib ki, apreldə bu barədə danışıqlara başlayacaq.

Mark Uebber: “Rikkardonun nə vaxt qərar verəcəyi çox vacibdir. Xüsusən də ilk yarışlardan sonra qərar verməlidir. Gərgin bir ipin üstündə gəzir. Hər sürücünün karyerasında belə anlar olur. Lakin bu vəziyyətdən çıxsa, hər şey onun üçün daha yaxşı ola bilər. Dəbilqənizi taxıb yarışa çıxanda müqavilənin nə vaxt bitdiyini düşünmürsünüz. Sadəcə var qüvvənizlə yarışırsınız. Red Bull-da uğurlu nəticələr qazanıb və uzun illərdir oradadır. Özünə güclü komanda tapa bilər. Ümid edirəm ki, yeni komandasında çempion ola bilər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*