26 Sentyabr 2018, Çərşənbə - 01:01

M.Uebber: “Fettellə Həmilton arasında amansız mübarizə olacaq”

M.Uebber: “Fettellə Həmilton arasında amansız mübarizə olacaq”

Müəllif: Rauf Hacıyev, redaktor

18:16 - 03 Aprel, 2017

Sabiq Formula1 sürücüsü Mark Uebber bildirib ki, Fettellə Həmilton bu il çempionluq uğrunda amansız mübarizə aparacaqlar.

F-1.az xatırladır ki, Fettel Avstraliyada keçirilən mövsümün ilk yarışını qazanmış və proqnozların əksinə, Həmiltonun işinin asan olmayacağını göstərmişdi.

Mark Uebber: “Parlaq nəticə idi. Xüsusən də idman və Ferrari üçün. İtalyanlar Mercedes-i sıralanma turu və startdan başqa bütün sahələrdə məğlub etməyi bacardılar. Amma yarış hamısına bəs elədi. Strategiya cəhətdən daha yaxşı iş görərək qalib gəldilər. Fettel çox soyuqqanlı idi və iki sürücü arasında mükəmməl mübarizə izləyəcəyik.

İki fərqli komandanın qələbə uğrunda mübarizə aparması həmişə yaxşı olub. Məncə, bu mövsüm iki çempion sürücü arasında nəfəskəsən mübarizə izləyəcəyik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 233
Teqlər , , , , , ,
Paylaş

logo