M.Uebber: “Batton Monakoda yarışmaq üçün ölmür”

Sabiq Formula1 sürücüsü Mark Uebber bildirib ki, Monakoda Fernando Alonsonu əvəzləyəcək Batton yarışmağa istəkli deyil.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Monakoda yarışmaqdan imtina edərək, gücünü əfsanəvi İndy500 yarışında sınamaq qərarına gəlib. Buna görə də McLaren komandası veteran sürücüsü Battonu bir yarışlıq geri çağırıb. Amma 37 yaşlı sürücü McLaren-in yeni bolidini Bəhreyndə test etmədi.

Mark Uebber: “Battonun Monakoda yarışması elə də böyük hekayə deyil. Trasa çıxacaq, birinci sərbəst yürüşlərdə yanacaq təzyiqi ilə bağlı problem yaşayacaq və sıralanma turunda 17-ci yeri tutduqdan sonra yarışın 12-ci dövrəsində mübarizəni dayandırmalı olacaq. Kimin vecinədir? Batton Bəhreyndə test etmədi və bunu ciddiyə almır. Amerikada qalıb triatlonla məşğul olmağı daha üstün tutdu. Bu, məni təəccübləndirdi. Batton Monakodakı birinci sərbəst sürüşlərdə yuxudan oyanacaq. Yarış ona maraqlı deyil. Alonsonu əvəz etmək üçün dəridən-qabıqdan çıxdığına inanmıram.

Vandornu çox sevirəm və onun başı işləyir. Onun qonşu boksunda Alonso var və buna görə də hər şeyi daha tez öyrənir. Alonso hazırda bütün McLaren-i idarə edir. Alonso çox güclüdür və Vandorn ondan çox şey öyrənir”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*