M.T.Provera: “Ferrari qələbələrə layiqdir”

Pirelli şirkətinin rəhbəri Marko Tronketti Provera Mercedes Motorsport-un rəhbəri Toto Volff-un iddialarına sərt formada cavab verib.

F-1.az xatırladır ki, Toto Volff Monako yarışında komandasının təkərlərlə işləyə bilməməsini birmənalı qarşılamamış və Ferrari-nin qələbəsindən sonra “qırmızılar”-la Pirelli arasında “italyan müəmması” olduğunu demişdi.

Marko Tronketti Provera: “Təkərlər hamı üçün eynidir. Həmişə uğurlar qazanmış Mercedes indi çətinlik çəkir, lakin geri dönəcəklər. Amma Ferrari komandası heç kimin gözləmədiyi anda uğurlu oldu. Onlar buna layiqdirlər. İtaliya komandasının işindən razı olmalısınız.

Fettel və Ferrari təkərlər üzərində ciddi işlədi. Digər sürücülərin vaxtı olmayanda, Fettel testlərə çıxmağa razı olurdu. Onlar qalib gəlməyə fokuslanmışdılar və indi bunun bəhrəsini toplayırlar”.

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*