M.Şumaxerin şərəfinə futbol oyunu baş tutub (video)

Almaniya Qran Prisi ərəfəsində Mayns şəhərinin Opel Arena stadionunda Mixael Şumaxerin şərəfinə təşkil olunmuş futbol oyunu baş tutub. Sürücülərin Nazionale Piloti komandası NBA əfsanəsi Dirk Novitskinin başçılıq etdiyi ulduzlar yığması ilə görüşüb.

F-1.az xəbər verir ki, sürücülərin komandasına Sebastyan Fettel kapitanlıq edib, meydana isə Mika Həkkinen, Devid Kulthard, Niko Rosberq, Felipe Massa, Niko Hülkenberq, Daniel Rikkardo, Karlos Sayns, Paskal Verlyayn, gənc sürücülərdən Culiano Alezi, Şarl Lekler və Mik Şumaxer çıxıblar.

Oyun ulduzların xeyrinə 9:6 hesabı ilə başa çatıb. Sürücülərin komandasında qolları Fettel, Həkkinen, Lekler, Şumaxer, eləcə də keçmişin peşəkar futbolçuları Karl Haynts Körbel və Arne Fridrix vurublar. Oyun xeyriyyə məqsədi daşıdığı üçün hesab o qədər də önəmli olmayıb. Mətbuatın diqqət mərkəzində olan oyuna tamaşaçı marağı da böyük olub. Oyundan toplanan vəsait yerli xeyriyyə fondunun hesabına köçürüləcək.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*