24 Oktyabr 2017, Çərşənbə axşamı - 04:33

M.Şumaxerin idealı kimdir?

M.Şumaxerin idealı kimdir?

Müəllif: Rauf Hacıyev, redaktor

17:30 - 29 Mart, 2017

Formula1 əfsanəsi Mixael Şumaxerin oğlu Mik bildirib ki, onun idealı atasıdır.

F-1.az xatırladır ki, Mik keçən il İtaliya və Almaniya F4 çempionatlarını ikinci yerdə tamamlamış və bu mövsümdən etibarən Avropa F3 çempionatında mübarizə aparacaq. Qeyd edək ki, gənc sürücü Ferrari-nin sürücü akademiyasından da təklif alıb.

19 yaşlı istedadlı sürücü əksər hallarda atası barədə suallara cavab verməsə də, bildirib ki, ən böyük idealı Formula1-də bütün rekordları alt-üst etmiş atası Mixael Şumaxerdir: “İdealım atamdır. Çünki o ən yaxşısıdır. Əsas hədəfim Formula1 üzrə Dünya Çempionu olmaqdır. Hazırda işimlə məşğulam və görək gələcəkdə nə olur”.

Xatırladaq ki, Avropa F3 mövsümü aprelin 14-də Britaniyada start alacaq.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 449
Teqlər , ,
Paylaş

logo