M.Şumaxer: “Digər sürücülər mənə maraqlı deyil”

Mixael Şumaxerin oğlu Mik Şumaxer bildirib ki, gələn il də Formula3-də yarışacaq.

F-1.az xatırladır ki, almaniyalı sürücü 2016-cı ildə həm ADAC, həm də İtaliya Formula4 çempionatlarında 2-ci olmuşdu. Bu ildən Formula3-də yarışmağa başlayan Mik 18 yarışdan xal alaraq, çempionatı qələbəsiz 12-ci yerdə başa vurub…

Mik Şumaxer: “Diqqətimi özümə vermişəm. Digər sürücülərə baxmıram. Hamı sürətinə görə irəliyə gedir və müqayisə mümkünsüzdür. Amma hədəfim həmişə Formula1 olacaq. Bu il özümü növbəti addıma hazırlayıram. Hazır olanda yeni addım atacam. Bunun üçün əvvəlcə özümü isbat etməliyəm. F3-dəki ilk mövsümümdə bacardıqca çox şey öyrənməyə çalışdım. Özümü təkmilləşdirməyə çalışıram. Gələn il də burada olacam”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*