23 Oktyabr 2017, Bazar ertəsi - 02:34

M.Şumaxer atasının maşınını sürüb…

M.Şumaxer atasının maşınını sürüb…

Müəllif: Elçin Zodorov, redaktor

12:11 - 13 Avqust, 2017

Yeddiqat dünya çempionu Mixael Şumaxerin oğlu Mik Şumaxer bu mövsüm Formula3-də çıxış edir. Lakin gənc Mik bu günlərdə Spada Formula1 bolidini idarə edib – özü də, atasına 1994-cü ildə titul qazandıran Benetton B194-ü.

F-1.az xəbər verir ki, Mik iki həftə sonra Belçika Qran Prisi ərəfəsində Spada nümayiş yürüşündə iştirak etməlidir. Yürüş Mixaelin Formula1-də ilk qələbəsinin 25-ci ildönümü münasibəti ilə təşkil olunacaq. Buna hazırlıq məqsədi ilə Mik atasının 6 dəfə qalib gəldiyi trasda Formula1 bolidini idarə edib.

1994-cü ildə bazası Enstounda yerləşən komanda tərəfindən hazırlanan maşın Mixaelin muzeyində saxlanılır və əlbəttə, Mik üçün istisna edilib. Mik Formula1 maşını ilə məşqlərini gizli edib, lakin Belçika mətbuatı bu barədə məlumat əldə edə bilib və DHnet.be resursu məlumatı yayıb.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 27. 944
Teqlər , , , ,
Paylaş

logo