M.Salo: “Rəykkönen ikinci pilot deyil”

Eks Formula1 sürücüsü Mika Salo bildirib ki, Kimi Rəykköneni Ferrari-nin ikinci pilotu kimi görmür..

F-1.az xatırladır ki, Kimi Rəykkönen son iki mövsümdə komanda yoldaşları Fernando Alonso və Sebastyan Fetteldən geridə qalıb. Ona görə də artıq ona “İkinci pilot” gözü ilə baxırlar.

Amma Rəykkönenin həmyerlisi Mika Salo bu fikirdə deyil: “Nə olursa olsun, mən Kimi Rəykköneni ikinci pilot kimi görmürəm.

Əgər o çempion olmaq istəyirsə, əvvəlcə Fetteli məğlub etməlidir. O zaman onun nəyə qadir olduğunu görəcəyik.

Yeni mövsüm barədə bir söz demək çətindir. Çünki stabil olmaq çox vacibdir. Amma mən düşünürəm ki, Ferrari sürücü heyətini dəyişməməklə düzgün addım atdı. Hər iki sürücü də güclüdür və yaxşı yola gedirlər.

Kiminin yarış tempi çox vaxt yaxşı idi. Amma komanda yoldaşından geri qalandan sonra tutduğu yerin önəmi yoxdur”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*