M.Salo: “Kimi artıq ikinci sürücüdür”

Sabiq Formula1 sürücüsü Mika Salo bildirib ki, Kimi Rəykkönen artıq Ferrari-nin ikinci sürücüsüdür.

F-1.az xatırladır ki, 37 yaşlı Dünya Çempionu Monako yarışına pouldan başlasa da, Ferrari komandasının pit-stop strategiyasına görə finişə komanda yoldaşı Fetteldən sonra 2-ci yerdə çatmışdı.

Mika Salo: “Fettelin Dünya Çempionu olmaq üçün vacib şansı var. Həmiltona qarşı hər şeyi düzgün edir və stabil nəticələr hesabına hazırda liderdir. Kimi isə bu cütlükdən çox geridə qalır və buna görə də növbəti yarışlarda komandanın ikinci sürücüsü olaraq qalacaq. Təbii ki, Rəykkönen heç vaxt təslim olmayacaq və çempionluğun əldən getdiyini qəbul etməyəcək. Lakin komanda son yarışda Kiminin ikinci sürücü olduğunu göstərdi. Pit-stopda həmişə yer dəyişdirmirlər. Kimi trasda Fettelə yol versə, görək necə olacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*