M.Salo: “Bottas yarış qazanmalıdır”

Sabiq Formula1 sürücüsü Mika Salo yerlisi Bottasa bildirib ki, əgər gələn il də Mercedes komandasında qalmaq istəyirsə, mütləq qələbələr qazanmalıdır.

F-1.az xatırladır ki, finlandiyalı sürücünün Mercedes-lə olan müqaviləsi ilin sonunda başa çatacaq. 27 yaşlı sürücü keçən həftə Bəhreyn Qran Prisində poul qazansa da, bunu qələbəyə çevirə bilməyərək, 3-cü olmuşdu.

Mika Salo: “Statistikaya baxanda görürük ki, Bottas komanda yoldaşı Həmiltona yaxın dövrəvi nəticələr göstərir. Amma hələ də təzyiq altındadır. Mercedes-lə birillik müqaviləsi var və komandada qalmaq istəyirsə, mütləq yarışda qalib gəlməlidir.

Kvyat da keçən ilin ortasınfa komanda dəyişdirmişdi. Bu, sürücülər üçün arzuolunmaz haldır. Hazırda yenidən rəqabətədavamlı olduğu üçün çox sevinirəm. Əminəm ki, onun Formula1-də gözəl gələcəyi olacaq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*