26 Sentyabr 2018, Çərşənbə - 06:56

M.Salo: “Alonsonun qərarına hörmət etmək lazımdır”

M.Salo: “Alonsonun qərarına hörmət etmək lazımdır”

Müəllif: Rauf Hacıyev, redaktor

08:20 - 14 Aprel, 2017

Sabiq Formula1 sürücüsü Mika Salo ikiqat Dünya Çempionu Fernando Alonsonun İndy500-də iştirak etməsini hörmətlə qarşılayır.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Monakoda yarışmaqdan imtina edərək İndy500 seriyasında çıxışa üstünlük verib. Bununla da, Alonso Monako QP, İndy500 və 24 saatlıq Le Man marafonundan ibarət olan Avtoİdmanın Üç Tacını (Triple Crown) qazanmaq istəyir.

Mika Salo: “Bunu sınamaq da mükəmməldir. McLaren hazırda rəqabətədavamlı deyil və uzun illərdir xəyal etdiyi şeyi reallaşdırmaq istəyir. Onsuz da Monakoda qalib gəlmək ehtimalları yoxdur, amma İndy500-də qalib gəlsə, karyerası üçün əla olacaq. Əvvəlki illərdə olduğu kimi bir sürücünün fərqli seriyada yarışması çox gözəl haldır.

Fernando karyerası ərzində hər şeyi qazanıb və McLaren onun təcrübəsinə ehtiyac duyur. Heyif ki, komanda hazırda çox pis vəziyyətdədir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 164
Teqlər , , ,
Paylaş

logo