21 Sentyabr 2017, Cümə axşamı - 05:42

M.Qallaher: “Red Bull öz mühərriyini düzəltməlidir”

M.Qallaher: “Red Bull öz mühərriyini düzəltməlidir”

Müəllif: Rauf Hacıyev, redaktor

14:16 - 08 İyun, 2017

Red Bull komandasının sabiq baş maliyyəçisi Mark Qallaher bildirib ki, avstriyalılar öz mühərriklərini istehsal etməlidirlər.

F-1.az xatırladır ki, Red Bull komandası bu mövsümə əsas favorit kimi başlasa da, Renault mühərriyinin zəifliyinə görə hazırda Ferrari və Mercedes-dən çox geridə qalır.

Mark Qallaher: “Red Bull komandası uzun müddətdir ki, Renault mühərriyindən narazıdır. Fransızlar əllərindən gələni etsələr də, öndəkilərə çatmaq mümkünsüzdür. Red Bull uzun illərdir ki, idmandadır və öz mühərriyini istehsal etməlidir. Başqa istehsalçıdan nəsə gözləyərək, mövsümün bitməsini gözləmək olmaz. Öz mühərrikləri ilə daha uğurlu nəticələrə imza ata bilərlər. Bu mövsüm Ferrari və Mercedes çox öndədirlər. Red Bull-un artıq şansı yoxdur. Amma növbədə 14 yarış var və görək necə olacaq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 76
Teqlər , ,
Paylaş

logo