M.Kaltenborn: “Alfa Romeo bizimçün yaxşı tərəfdaşdır”

Sauber komandasının rəhbəri Monişa Kalternborn düşünür ki, Alfa Romeo onlar üçün yaxşı tərəfdaş ola bilər...

F-1.az xatırladır ki, Sercio Markionne Alfa Romeo və Sauber əməkdaşlığını təkzib etməyib. Kaltenborn isə bu əməkdaşlığa pis baxmır.

Qeyd edək ki, Markionne bu yaxınlarda bildirmişdi ki, Alfa Romeo-nun Formula1-dəki tarixi dəyərini yenidən ortaya qoymaq istəyirlər.

Markionne Çin QP-də Sauber komandasının maliyyə problemləri barədə “Kaş biri gəlib onların borclarını ödəyərdi” demişdi.

Sauber komandasının rəhbəri Monişa Kaltenborn Bəhreyn QP-də yox idi. Belə dedi-qodular var idi ki, Kaltenbornun gəlməməsinin əsas səbəbi onun komandası üçün yeni investorlarla danışıqlar aparmasıdır.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*