22 Oktyabr 2017, Bazar - 21:31

M.Kaltenborn: “Honda ilə danışıqlar aparmamışıq”

M.Kaltenborn: “Honda ilə danışıqlar aparmamışıq”

Müəllif: Rauf Hacıyev, redaktor

14:19 - 02 Aprel, 2017

Sauber komandasının rəhbəri Monişa Kaltenborn bildirib ki, onlar Honda mühərriyinə keçməyəcəklər.

F-1.az xatırladır ki, son günlərdə çıxan xəbərlərə əsasən, Sauber komandası gələn il üçün Mercedes və ya Honda mühərriklərinə keçə bilər. Qeyd edək ki, isveçrəlilər bu il Ferrari-nin 2016-cı il mühərriyindən istifadə edirlər. Bəzi xəbərlərə əsasən, Ferrari keçən il Formula1-də debüt edən Haas komandasına mühərrik verdikdən sonra Sauber komandası ilə münasibətləri pisləşib.

Monişa Kaltenborn: “Honda ilə danışıqlar aparmaq fikrimiz yoxdur. Hazırda Ferrari ilə müqaviləmiz var və buna sadiq qalacağıq. Təbii ki, 2018-ci il üçün və sonrası üçün alternativlərə baxmalıyıq. Hazırkı istehsalçıların hamısı bizi mühərriklə təmin edə bilərlər. Buna görə də komanda üçün ən doğru qərarı verməliyik. Qısa zamanda qərar verməliyik, amma bu mövsümə Ferrari mühərriyi ilə davam edəcəyik. Daha sonra büdcəmizə görə qərar verəcəyik. Honda barədə çıxan xəbələr də doğru deyil. Amma bunları düşünərək, diqqətimizi yayındırmaq istəmirik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 824
Teqlər , , ,
Paylaş

logo