M.Kaltenborn: “Eriksson əsl komanda oyunçusudur”

Sauber komandasının rəhbəri Monişa Kaltenborn yeni müqavilə imzaladıqları Erikssonun əsl komanda oyunçusu olduğunu deyib.

F-1.az xatırladır ki, Sauber komandası Eriksson ilə müqavilə yeniləyib.

Monişa Kaltenborn: “Markus bizə mövsüm ərzində nəyə qadir olduğunu göstərdi. Onun potensialından və performansından çox razıyıq. Çətin günlər keçirsə də, özünə tez gəldi və yaxşı performans göstərdi. Xüsusən də, son iki ildəki inkişafı çox vacibdir. Komandanı yaxşı tanıyır və komanda üçün əlindən gələni edir. O həm yaxşı insan, həm yaxşı sürücü, həm də komanda oyunçusudur. Onun bu keyfiyyətləri qərar verməyimizə təsir etdi. Komandadakı bütün işçiləri yaxşı tanıyır və onlara motivasiya verir. 2017-ci ildə yeni qaydalar gəlir və Markus bizə çox kömək edəcək. Verdiyimiz qərara görə sevincliyik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*