M.İzola: “UltraSoft təkərlər Monako üçün çox sərtdir”

F-1.az xəbər verir ki, Monakodakı ilk məşqlərdən sonra Pirelli hətta UltraSoft təkərlərin də Monte Karlo üçün çox sərt olduğunu etiraf edib.

Mario İzola: “Monako trası sürprizlər gözlədiyimiz traslar sırasında deyil. Proqnozlaşdırdığımız kimi, bura gətirdiyimiz ən sərt tərkib olan Soft təkərlərdən az istifadə edildiyini, UltraSoft-a isə üstünlük verildiyinin şahidi olduq. Lakin hətta UltraSoft təkərlərin də bu tras üçün çox sərt olduğunu gördük. Biz istərdik ki, bura daha yumşaq tərkiblər gətirək.

Bununla belə, biz trasın tarixindəki ən sürətli dövrənin şahidi olduq. Sıralanma turunun ikinci sessiyasında bəzi sürücülərdən SuperSoft tərkiblərlə sürətli dövrələr görə bilərik. Yarışa bu tərkiblə başlasalar, Təhlükəsizlik Maşını yarışın əvvəlində trasa daxil olacağı halda üstünlük əldə edə bilərlər”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*