22 Oktyabr 2017, Bazar - 10:23

M.İzola: “Tərkiblər arasındakı fərq 0.7 saniyədir”

M.İzola: “Tərkiblər arasındakı fərq 0.7 saniyədir”

Müəllif: Elçin Zodorov, redaktor

13:17 - 24 Mart, 2017

Daha enli yeni təkərlər qış testlərinin və Avstraliyada cümə günü sessiyalarının geridə qalmasına baxmayaraq, hələ də tam öyrənilməyən yeniliklərdən biridir. Pirelli Melburna UltraSoft təkərləri gətirib – hansı ki, keçənilki SuperSoft tərkiblərdən daha sərtdirlər. Komandaların hamısı keçənilki nəticələrini xeyli üstələyib…

F-1.az xəbər verir ki, Pirelli Motorsport-un rəhbəri Mario İzola yeni tərkiblər barədə danışıb.

Mario İzola: “Biz bu gün nəticələrə baxdıq və deyə bilərəm ki, keçənilki analoji sessiyadakı nəticələrlə beş saniyəlik fərq var. Hələ ki, Soft və SuperSoft, SuperSoft və UltraSoft tərkibləri arasında 0.7 saniyəlik fərq olduğunu görürük. Bu fərq Barselonada 0.3-0.5 saniyə idi.

İndi isə təkərlərin ömrünün nə qədər olduğunu öyrənməliyik. Əlbəttə, aşınma səviyyəsi bir il əvvəlki ilə müqayisədə çox aşağıdır. Biz bunu bilməliyik və təkər seçimlərində nəzərə almalıyıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 247
Teqlər , , , , , , , ,
Paylaş

logo