18 Oktyabr 2017, Çərşənbə - 00:27

M.İzola: “Təkərlərin yeyilmə dərəcəsini yarışın gedişində dəyərləndirməli olacağıq”

M.İzola: “Təkərlərin yeyilmə dərəcəsini yarışın gedişində dəyərləndirməli olacağıq”

Müəllif: Elçin Zodorov, redaktor

20:01 - 29 İyul, 2017

Hunqarorinqdə təkərlər, adətən, tez aşınır, hava çox isti olduqda isə bu göstərici daha da yüksəlir. Bu gün baş tutan sıralanma turunda da vəziyyət fərqli olmayıb – asfaltın istiliyi +57 dərəcəyə çatıb.

F-1.az bildirir ki, sabah yarışda da havanın belə olması gözlənilir, lakin təkərlərin aşınmasını qiymətləndirmək çətindir, çünki sürücülər uzun məsafəni hələ sabah qət edəcəklər.

Mario İzola: “Bu günün ən gözəl nəticəsi keçənilki poul nəticəsini üstələməyimizdir. Altı sürücü 77 saniyənin altına düşə bildi. Asfaltın temperaturu +50 dərəcəni keçir. Biz sabah bir və ya iki pit-stop gözləyirik. Aşınma dərəcəsini sabah yarışda qiymətləndirə biləcəyik.

Tək pit-stoplu strategiyada SuperSoft-la başlayan sürücülərin 33-cü dövrədə Soft-a keçmələrini, iki pit-stoplu strategiyada isə 24-cü dövrədə Soft-a, 55-ci dövrədə yenidən SuperSoft-a keçmələrini gözləyirik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 754
Teqlər , , ,
Paylaş

logo