23 Oktyabr 2017, Bazar ertəsi - 10:09

M.İzola: “Soft təkərlərdən yarışda da istifadə oluna bilər”

M.İzola: “Soft təkərlərdən yarışda da istifadə oluna bilər”

Müəllif: Elçin Zodorov, redaktor

20:08 - 07 İyul, 2017

F-1.az bildirir ki, Şpilberqdə sərbəst yürüşlərdə tərkiblər arasında vaxt fərqi çox az olub. Bu da Soft təkərlərdən yarışda da istifadə edilə biləcəyindən xəbər verir.

Mario İzola: “Sərbəst yürüşlər sürprizsiz ötüşdü. Gətirdiyimiz hər üç tərkib gözlədiyimiz nəticələri verdi. Uzunluğu az olan bu trasda tərkiblər arasındakı fərq hesabladığımızdan bir qədər aşağı oldu. Yarışda kim tək pit-stoplu strategiya seçəcəksə, onlardan istifadə edə bilər.

Yeri gəlmişkən, sürücülər bu dəstdən az sayda sifariş veriblər, buna görə də bəziləri onları yarış üçün saxlayır. Havanın necə olacağı sual altındadır və qeyri-müəyyənlik yarışın sonuna qədər strategiyalara təsir edəcək”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 5. 380
Teqlər , , ,
Paylaş

logo