21 May 2018, Bazar ertəsi - 05:12

M.İzola: “Ferrari zarafat etmir”

M.İzola: “Ferrari zarafat etmir”

Müəllif: Rauf Hacıyev, redaktor

12:39 - 17 Yanvar, 2018

Pirelli Motorsport-un rəhbəri Mario İzola bildirib ki, Ferrari ayrılmaq barədə danışarkən zarafat etmir.

F-1.az xatırladır ki, Ferrari komandasının prezidenti Sercio Markionne bildirib ki, əgər 2021-ci ildəki mühərrik qaydaları istədikləri kimi olmasa, idmandan ayrılacaqlar. Əksəriyyət isə bunu blef kimi görür.

Mario İzola: “Bir şey deyirlərsə, deməli ciddidirlər. Belə açıqlamalar edəndə zarafat etmirlər. Ümid edirəm ki, iki tərəf də razılığa gələrlər. Formula1 Ferrari-ni, Ferrari də Formula1-i itirmək istəmir. Onların idmandan getməsinin mənası yoxdur.

Ferrari-nin ayrılıq ehtimalını diqqətə almayacağıq. 2021-ci ildə idmandan gedəcəklərini deyirlər. Amma biz müqaviləmizi ondan əvvəl yeniləməliyik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 93
Teqlər , ,
Paylaş

logo