16 Dekabr 2017, Şənbə - 03:34

M.Hyuz: “Kubitsa Williams üçün ideal seçim ola bilər”

M.Hyuz: “Kubitsa Williams üçün ideal seçim ola bilər”

Müəllif: Rauf Hacıyev, redaktor

10:58 - 14 Sentyabr, 2017

Məşhur şərhçi Mark Hyuz bildirib ki, Robert Kubitsa Williams üçün ən doğru seçimdir.

F-1.az xatırladır ki, Robert Kubitsa 6 illik fasilədən sonra bu il Lotus-un 2012-ci il bolidi ilə testlər etmiş və Macarıstanda ilk dəfə 2017-ci ilin bolidini sürmüşdü. Polşalı sürücü yaxşı performans göstərmiş və adı 2018-ci il üçün Renault komandası ilə hallanmışdı. Amma Renault Kubitsa haqqında fikirlərini dəyişdi və bəzi iddialara əsasən 2018-ci il üçün Karlos Saynsı transfer edib.

Mark Hyuz: “Geridönüş proqramına başladığı may ayında Renault ilə qısamüddətli müqavilə bağladı və indi bu müqavilə bitib. Böyük ehtimalla müqaviləni özü bitirdi. Williams və Sauber komandalarını dəyərləndirmək istədi. Hunqarorinqdə Renault ilə yaxşı performans göstərsə də, yarış tempində qeyri-stabil olduğu müəyyən edilmiş və fiziki vəziyyəti ilə bağlı suallar yaranmışdı. Bu suallara cavab verməlidir. Bunun üçün isə rəsmi sessiyalara çıxmalıdır. Belə olan halda Williams üçün yaxşı seçim olar”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 918
Teqlər , , ,
Paylaş

logo