13 Dekabr 2017, Çərşənbə - 13:04

M.Həkkinen Şumaxer barədə nə düşünür?

M.Həkkinen Şumaxer barədə nə düşünür?

Müəllif: Rauf Hacıyev, redaktor

14:16 - 06 İyul, 2017

Mixael Şuumaxerin ən böyük rəqiblərindən biri olan Mika Həkkinen yeddiqat Dünya Çempionunun oğlu Mik Şumaxerin Formula1-ə gəlməsini tez sayır.

F-1.az xatırladır ki, gənc Şumaxer hazırda Avropa Formula3 seriyasında mübarizə aparır. Almaniyalı sürücü bu mövsüm qələbə qazana bilməsə də, bir dəfə podiuma yüksələ bilib.

Mika Həkkinen Şumaxer ailəsinin “Mübarizəyə davam et” aksiyasına dəstək verir və düşünür ki, 18 yaşlı Mikin Formula1-də çıxış etməsi üçün hələ tezdir: “Mik üçün Formula1-dən danışmaq çox tezdir. O hələ gəncdir və özünü sübut etməlidir. Amma daha çox yarış qazanmaq istəməsi vacibdir. Əgər sadəlövh, uğura ac sürücü olmaq istəyirsinizsə, özününzü inkişaf etdirməlisiniz. Miklə danışanda görürəm ki, güclü sürücü olmaq istəyir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 162
Teqlər , , , ,
Paylaş

logo