M.Həkkinen Rəykkönenin performansından təsirlənib

Formula1 üzrə ikiqat Dünya Çempionu Mika Həkkinen Rəykkönenin builki performansına görə təəccüblənib..

F-1.az xatırladır ki, Rəykkönen keçən il komanda yoldaşı Fettelin gerisində qalmış və tənqid hədəfinə çevrilmişdi. Amma finlandiyalı sürücü bu il daha güclüdür və Fetteldən daha yaxşı performans göstərir. Rəykkönen sıralanma turunda almaniyalıya 10-9 hesabı ilə məğlub olur. Qeyd edək ki, 37 yaşlı sürücü gələn il də Ferrari-nin şərəfini qoruyacaq.

Mika Həkkinen həmyerlisinin performansından razıdır: “Kiminin Fettelə qarşı performansı təsiredicidir. Hamı mövsümün sonunda qalibləri görür, amma yarışlara baxsanız görərsiniz ki, Kimi Fetteldən daha sürətlidir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*