24 Oktyabr 2017, Çərşənbə axşamı - 05:56

M.Həkkinen McLaren-in səfiri olacaq

M.Həkkinen McLaren-in səfiri olacaq

Müəllif: Rauf Hacıyev, redaktor

17:20 - 16 Mart, 2017

McLaren komandası ilə iki dəfə Dünya Çempionu titulunu qazanmış Mika Həkkinen brendin rəsmi səfiri seçilib.

F-1.az xatırladır ki, Həkkinen 1993-2001-ci illərdə McLaren komandasının heyətində 130 yarışa çıxaraq iki dəfə Dünya Çempionu olmuşdu. Finlandiyalı çempion McLaren Group-un rəhbəri Zek Braunla, McLaren Automotive-in rəhbəri Mayk Flyuitlə və şirkətin marketinq komandası ilə işləyəcək.

Mika Həkkinen: “McLaren-i həmişə Formula1-də evim kimi görmüşəm və hələ də komandadakı hər kəsin qəlbimdə yeri var.

Təbii ki, son illər McLaren üçün çətin keçdi, amma onların güclənməsi üçün vaxt lazımdır. Bunun reallaşması üçün əlimdən gələni edəcəm.

Zek 2001-ci ildə qələbə qazandığım McLaren-lərdən birinin sahibidir və onunla işləmək üçün səbirsizlənirəm. Necə işləyəcəyimiz barədə danışdıq və onun McLaren üçün necə işlədiyini görə bilirəm. Növbəti illərdə onunla çiyin-çiyinə çalışacam”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 767
Teqlər , , , ,
Paylaş

logo