26 Sentyabr 2018, Çərşənbə - 18:43

M.Həkkinen: “Ferrari-nin xəta etmək haqqı yoxdur”

M.Həkkinen: “Ferrari-nin xəta etmək haqqı yoxdur”

Müəllif: Rauf Hacıyev, redaktor

18:06 - 07 Sentyabr, 2018

Formula1 üzrə ikiqat Dünya Çempionu Mika Həkkinen hazırda çətin günlər yaşayan Ferrari-yə xəbərdarlıq verib.

F-1.az xatırladır ki, Sebastyan Fettel sonuncu İtaliya yarışının startında komanda yoldaşı Rəykkönenə hücum edərkən Həmiltonla təmas etmiş və yerində fırlanmışdı.

Mika Həkkinen: “Rəykkönen üçün yaxşı nəticə olsa da, Fettel üçün pis oldu. Belə görünür ki, müqavilədə sürücülərin poul uğrunda mübarizə aparması sərbəstdir. Əgər doğrudursa, Kiminin startda geriyə salınması barədə düşünülməyib və şənbə günü gecə bu barədə danışılmayıb. İlk döngəyə gələndə bir-birilə mübarizə aparmaları yersiz idi. Kimi müdafiə olunduğu üçün Sebastyan trayektoriyasını dəyişdi.

Sona 7 yarış qalıb və Ferrari komandadaxili mübarizə aparmamalıdır. Sebastyan üçün daha yaxşı strategiya hazırlanmalıdır. Mercedes-i məğlub etməyə fokuslanmalı və onların problem yaşamalarına ümid etməlidirlər.

Lyuis qalib gəlib deyə Mercedes-i tərifləmək olmaz. Məncə, Lyuisin lider olmasının 3 səbəbi var. Birincisi, istedadıdır. Yağışda bunu daha yaxşı göstərir. Buna görə də Ferrari yağışlı havalarda məyus olur. İkincisi, Sebastyan kimi səhvlər etmir. Xüsusən də startlarda güclüdür. Son olaraq isə Bottasla yaxşı anlaşırlar”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 159
Teqlər ,
Paylaş

logo