M.Həkkinen: “Bottas çempion ola bilər”

Formula1 üzrə 2 qat Dünya Çempionu Həkkinen həmyerlisi Bottasın Mercedes-ə transfer olunmasına görə sevinclidir və sabiq Formula1 sürücüsü bildirib ki, Bottas buna layiqdir.

F-1.az xatırladır ki, Niko Rosberq təqaüdə çıxdıqdan sonra Mercedes onun əvəzinə Bottası transfer etmək istəmiş və Williams ilə razılığa gəlmişdi. Artıq hamı səbirsizliklə Mercedes-in rəsmi açıqlamasını gözləyir.

Williams komandasında Bottası Massanın əvəzləməsi gözlənilir.

Həkkinen bu barədə belə danışıb: “Valtteri üçün işlər bundan yaxşı gedə bilməzdi. Son 3 mövsümdə hegemon komanda tərəfindən dəvət olunması onun üçün yaxşı haldır.

Bottas rəqabətədavamlı bolidlə yaxşı nəticələr ala bilər. Əgər Mercedes-ə keçsə, hər şey onun üçün daha yaxşı olacaq. Qələbə qazanmaq üçün çox böyük fürsəti olacaq və bundan istifadə edəcəyinə əminəm. Əgər işlər qaydasında getsə, çempion da ola bilər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*