M.Ferstappenin arzusu ürəyində qalıb

Red Bull komandasının sürücüsü Maks Ferstappen əfsanəvi Fernando Alonso ilə yarışa bilmədiyi üçün məyusdur.

F-1.az xatırladır ki, 2015-2018-ci illərdə hər iki sürücü peletonda olsa da, Alonso rəqabətədavamlı maşınla yarışmayıb.

İspaniyalı sürücünün 7 qat Dünya Çempionu Şumaxeri məğlub etməsini izləyərək böyüyən Ferstappen yarışdığı 4 mövsümdə Həmilton, Fettel, Rəykkönen kimi çempionlarla mübarizə aparsa da, əsas arzusu ürəyində qalıb: “Onunla rəqib ola bilməmək utancvericidir. Düzdür, mən gələndə hələ də idmanda idi, amma onunla mübarizə apara bilmədim. Çünki yaşadığı problemlərə görə arxa cərgələrdə olurdu. Buna görə çox məyusam. Seb və Lyuislə yarışmaq əla təcrübə idi. Amma Fernando ilə heç yarışmadım. Televizorda yarışlara baxanda onu həmişə mübarizə apararkən görürdüm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*