23 Oktyabr 2017, Bazar ertəsi - 14:03

M.Ferstappen: “Yaxşı yer tutduq”

M.Ferstappen: “Yaxşı yer tutduq”

Müəllif: Rauf Hacıyev, redaktor

15:22 - 30 Sentyabr, 2017

Red Bull komandasının sürücüsü Maks Ferstappen sıralanma turundan sonra bildirib ki, yarışa yaxşı yerdən başlayacaqlar.

F-1.az xatırladır ki, hollandiyalı sürücü Malayziyada sıralanma turunda 3-cü yeri tutub.

Maks Ferstappen: “Gözəl sıralanma turu keçirdik və ad günümdə 3-cü yeri tutduğum üçün xoşbəxtəm. Sonuncu sərbəst yürüşlərdə bolid istədiyim kimi deyildi və geridə idik. Amma sıralanma turunda istədiyimiz tempi tutaraq, yaxşı nəticə əldə etdik. Öndəki rəqiblərimiz sıralanma turunda mühərrikdən daha yaxşı istifadə edirlər və buna görə də yarışda rəqabətdavamlı ola bilərik. Yarış tempində güclü idik və hər şey mümkündür. Buraya məni dəstəkləməyə gələnlərə təşəkkür edirəm. Ad günümdə mənə yaxşı dəstək oldular və onlar üçün yaxşı nəticə qazanmaq istəyirəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 240
Teqlər , , ,
Paylaş

logo