19 Sentyabr 2017, Çərşənbə axşamı - 15:29

M.Ferstappen yarışa ümid edir

M.Ferstappen yarışa ümid edir

Müəllif: Rauf Hacıyev, redaktor

15:58 - 10 İyun, 2017

Kanada Qran Prisinin ikinci sessiyasında qəza etdikdən sonra qırmızı bayraqlara səbəb olan Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, yarışda yaxşı nəticəyə ümid edir.

F-1.az xatırladır ki, hollandiyalı sürücü qəzaya baxmayaraq, cümə gününü lider Rəykkönenin 0.4 saniyə gerisində 5-ci yerdə bağlayıb.

Maks Ferstappen: “Qəzanın səbəbini tam olaraq bilmirik. Bunun üzərində işləməliyik. Lakin ilk dördlüyə çox yaxınıq. Bu həftəsonunun geri qalanı bizə ümid verir. Təmiz dövrələr vura bilmədik, amma sıralanma tempində güclüyük. Buraya gətirdiyimiz yeni detallar, deyəsən, yaxşı işləyib. Uzun düzlüklər buradakı ən zəif nöqtəmiz olacaq. Burada da 5-ci və 6-cı yerlər uğrunda mübarizə aparacağıq. Bu vəziyyətlə bağlı narahat deyiləm. Əgər öndəkilər səhv etsə, bundan istifadə etməliyik. Ümid edirəm ki, gözəl həftəsonu olar”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 65
Teqlər , , ,
Paylaş

logo