M.Ferstappen: “Yarış tempimiz güclüdür”

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, yarışda daha güclü performans göstərə bilər.

F-1.az xatırladır ki, hollandiyalı sürücü Kanadadakı sıralanma turunda son cəhdində mükəmməl dövrə vuraraq 3-cü olub.

Maks Ferstappen: “Gözəl sessiya idi. Boliddən razıyam. Maşın sıralanma turunda yaxşı işləyir. Üçüncü yerdə olsaq da, yarışda güclü performans gözləyirik. Yarış tempində Ferrari və Mercedes-dən zəif deyilik. HyperSoft təkərlərlə başlamaq bizə üstünlük qazandıra bilər. Yaxşı startla öndəki rəqibləri keçməyə çalışacağıq. Ümid edirəm ki, problemsiz yarış olar və yaxşı xallar qazanarıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*