26 Sentyabr 2018, Çərşənbə - 01:00

M.Ferstappen: “Yağışda gücümü göstərəcəm”

M.Ferstappen: “Yağışda gücümü göstərəcəm”

Müəllif: Rauf Hacıyev, redaktor

18:23 - 08 Aprel, 2017

Sıralanma turunda mühərriklə bağlı problem yaşayaraq ikinci sessiyaya çıxa bilməyən Maks Ferstappen yarışda yağışın yağmasını gözləyəcək.

F-1.az xatırladır ki, Avstriya təmsilçisi mövsümün birinci yarışı Avstraliyada da mühərriklə bağlı problem yaşamışdı. Çində isə mühərrikdə növbəti dəfə problemlər yaşanıb.

Maks Ferstappen: “Düzlüklərdə bolidin tempi yox idi. Problemi həll etməyə çalışırıq. Sabaha qədər həll olunacağına əminəm. Hazırda Mercedes və Ferrari ilə mübarizə aparmaq iqtidarında deyilik. Buna görə də yağışlı havada qarışıqlıqdan istifadə edib gözəl nəticə qazana bilərik. Burada ötmələr asandır və yağış yağsa, mənim üçün əyləncəli yarış ola bilər. Görək nə olur.

Daha yaxşı balansa, asfaltla ilişməyə və mühərrik gücünə ehtiyacımız var. Bu il boliddəki dəyişiklilləri başa düşmək çətindir. Keçən il yenilik gətirəndə nələrin dəyişəcəyini bilirdik. Bu il vəziyyət fərqlidir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 143
Teqlər , , ,
Paylaş

logo