M.Ferstappen üzr istəyib

Red Bull komandasının sürücüsü Maks Ferstappen Bəhreyndə işlətdiyi ifadəyə görə əsəbləşdirdiyi braziliyalılardan üzr istəyib.

F-1.az xatırladır ki, hollandiyalı sürücü sıralanma turundan sonra onu bloklayan Felipe Massaya əsəbiləşmiş və tənqid etmişdi. Jurnalistlər 19 yaşlı sürücüdən – “bu barədə Massa ilə danışacaqsınız?”, – deyə soruşduqda, Ferstappen cavabında –  “o bir braziliyalıdır, başqa söz deməyə ehtiyac yoxdur” – demişdi.

Amma gənc sürücünün bu sözləri Braziliyada xoş qarşılanmamış və fanları tərəfindən tənqidlərə məruz qalmışdı. Felipe Massa da 19 yaşlı həmkarına xəbərdarlıq etmiş və danışığına fikir verməsini söyləmişdi.

Vəziyyətin qəlizləşdiyini görən Maks Ferstappen sosial şəbəkədəki hesabı vasitəsilə braziliyalılardan üzr istəyib: “Bu həftəsonu Bəhreyndə sıralanma turundan sonra dediyim sözlərə açıqlıq gətirməli olduğumu düşünürəm. Emosional sürücü olaraq son cəhdimdə pis nəticə göstərdiyim üçün məyus oldum və yersiz reaksiya göstərdim. Hörmət etdiyim və həmişə ora gedəndə xoş qarşılandığım Braziliya xalqını təhqir etmək istəməmişdim. Karyeramın ən gözəl yarışlarından biri də keçən ilin Braziliya yarışıdır. Bu performansı Senna, Fittipaldi və Pike kimi əfsanələrin çıxdığı ölkədə göstərmək xüsusi hal idi. Əsəbləşdirdiyim bütün braziliyalılardan üzr istəyirəm. Ölkənizdə yenidən yarışmağı səbirsizliklə gözləyirəm”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*