11 Dekabr 2017, Bazar ertəsi - 13:07

M.Ferstappen: “Təmkinli olmalıyıq”

M.Ferstappen: “Təmkinli olmalıyıq”

Müəllif: Rauf Hacıyev, redaktor

08:08 - 16 Sentyabr, 2017

Red Bull komandasının sürücüsü Maks Ferstappen komandasının cümə günü performasnına baxmayaraq, təmkinli davranır.

F-1.az xatırladır ki, Rikkardo cümə gününü birinci yerdə bağladığı halda, Ferstappen ikinci yeri tutub.

Maks Ferstappen: “Bolid çox yaxşı işləyirdi. Təbii ki, balans daha yaxşı ola bilərdi, amma rəqiblərimizlə müqayisədə güclü görünürdük. Rəqabətədavamlı olmağı gözləmirdik, amma elə görünürük. Təbii ki, Mercedes və Ferrari-nin sıralanma turunda daha güclü olacağını bilirik. Buna görə də təmkinli davranmalıyıq.

Danielin burada çox sürətli olduğunu bilirik, amma sürətli dövrəmi vura bilmədim. Qrojan yerində fırlandı və sarı bayraqlar çıxdı. DRS-dən istifadə edə bilmədim. Beləliklə, dövrəm ləğv olundu. Daha yaxşısını edə bilərəm. Mühərrikdə xırda sazlanmalar sınayırıq. Buna görə də maksimal sürətdə çox geridə idik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 462
Teqlər , , ,
Paylaş

logo