22 Noyabr 2017, Çərşənbə - 16:57

M.Ferstappen startda 1-ci yerə yüksəlmək istəyir

M.Ferstappen startda 1-ci yerə yüksəlmək istəyir

Müəllif: Rauf Hacıyev, redaktor

10:40 - 30 Oktyabr, 2016

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, onun hədəfi yarışın ilk dövrəsindən etibarən yüksəlməkdir…

F-1.az xatırladır ki, hollandiyalı sürücü sıralanma turunda Həmiltondan 0.3 saniyə geri qalıb.

Amma sıralanma turunun ikinci sessiyasında Mercedes və Ferrari sürücüləri sürətli dövrələrini Soft təkərlərlə vurduğu halda, Red Bull sürücüləri SuperSoft təkərlərdən istifadə etmişdilər. Beləliklə, “Qırmızı Öküzlər” startda Mercedes sürücülərini qabaqlaya bilərlər.

Maks Ferstappen: “Sıralanma turundan razı qaldım. Yenə də ikinci cərgədəyik. Bolidimiz bütün həftəsonu ərzində güclü performans göstərdi. Maksimum sürət cəhətdən hələ də geridəyik. Buna görə də sıralanma turunda Mercedes ilə mübarizə aparmaq çətin olur. Amma onlara çox yaxınıq.

Sıralanma turunun ikinci sessiyasında yaxşı dövrə vurdum və sürətli olduğumuzu hiss etdim. Amma üçüncü sessiyada asfaltla ilişmə yox idi. Buna görə də sürətim aşağı oldu. Ən güclü olduğum birinci sektorda çətinlik çəkdim. Bu isə asfaltla ilişmənin bir dəqiqə ərzində necə dəyişdiyini göstərir.

Amma əlimizdən gələni etməli idik. Vəziyyət hamı üçün eyni idi. Sürüşkən trasa öyrəşməli idik. Həzz verirdi, amma bu həzz fərqli idi. Bəzi traslarda mükəmməl dövrə vura bilərsiniz, amma burada çətin idi.

Birinci döngədən əvvəl uzun bir düzlük var və SuperSoft təkərlərlə başlayırıq. Buna görə də startda yer qazana bilərik. Yarış tempimiz güclü idi. Buna görə də səbirsizliklə startı gözləyirəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 121
Teqlər , , ,
Paylaş

logo