M.Ferstappen: “Start həlledici oldu”

Bu gün Maks Ferstappen Meksikada ardıcıl ikinci qələbəsini qazanıb.

F-1.az xatırladır ki, hollandiyalı sürücü startda komanda yoldaşını qabaqlayaraq, Lyuis Həmiltonun hücumlarını dəf edib…

Maks Ferstappen: “Meksikada ardıcıl ikinci qələbəni qazanmaq əladır. Əlbəttə, start həlledici oldu. Düzünü desəm, gecə pis yatmışdım – sıralanmada qələbə qazanmaq istəyirdim. Amma bu gün hər şey yaxşı alındı.

Komanda öz işini əla gördü. Biz düzgün zamanlarda düzgün təkər seçimləri etdik, maşın əla işləyirdi. Düzdür, Danielin mübarizəni dayandırması məyusedicidir – biz dubl edə bilərdik və ya hər ikimiz podiuma qalxa bilərdik. Onun problemindən sonra mən nəzarəti artırdım, qələbəyə gedərkən mübarizədən kənar qalmaq istəmirdim.

Qələbə münasibətilə şənlik? Bu gecə mən evə qayıdıram və buna görə çox xoşbəxtəm…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*