16 Dekabr 2017, Şənbə - 22:47

M.Ferstappen: “Son sessiyada hər şey tərsinə döndü”

M.Ferstappen: “Son sessiyada hər şey tərsinə döndü”

Müəllif: Rauf Hacıyev, redaktor

20:14 - 29 Aprel, 2017

Rusiya Qran Prisinin sıralanma turunda 7-ci olan Maks Ferstappen bildirib ki, üçqncü sessiyada işlər istədiyi kimi getməyib.

F-1.az xatırladır ki, hollandiyalı sürücü Rusiyada cümə günü keçirilən sərbəst yürüşlərdə 5-ci yeri tutsa da, sıralanma turunda bu tempini davam etdirə bilməyib və hətta, Williams komandasının sürücüsü Felilpe Massadan da geri qalıb.

Maks Ferstappen: “Sözün açığı, sıralanma turunun ikinci sessiyasında hər şey qaydasında idi, amma işlər birdən dəyişməyə başladı və bolidin balansı pisləşdi. İkinci sessiyadan etibarən 13-cü döngənin çıxışında asfaltla ilişmə yox idi və burada vaxt itirirdim. Daha sonra çox qızdığı üçün arxa təkərlər də sıradan çıxdı. Üçüncü sessiyadakı iki cəhdimdə də istədiyim kimi dövrələr vura bilmədim. Normalda yanacaq az olanda yaxşı dövrələr vura bilirdik, amma bu gün bolidin balansı çox pis idi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 089
Teqlər , , ,
Paylaş

logo